Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 88-ci km-də, Cəlilabad rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı beton baryerə çırpılıb.
Qəza nəticəsində nəqliyyat vasitəsini idarə edən sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.