Polşada koronavirus tədbirləri sərtləşdirilir

Polşa hökuməti koronavirusla mübarizə tədbirlərini sərtləşdirmək istəyir.

Bu barədə PAP məlumat yayıb.

Ölkənin baş naziri Mateuş Moravetskinin sözlərinə görə, noyabrın 7-dən Polşada teatr, muzey və kinoteatrlar bağlanacaq.

O qeyd edib ki, həmçinin bəzi mağazalar və qalereyalar da bağlanacaq, otellər yalnız ezamiyyətdə olanlar üçün fəaliyyət göstərəcək.

Baş nazir eyni zamanda məktəblərin genişləndirilmiş distansion rejimdə ən azı noyabrın 29-na kimi fəaliyyət göstərəcəyini vurğulayıb.

0.32981419563293