Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, “Abad Şəmkir” MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib.

Qeyd edilib ki, həmin epizod üzrə qalan 315 min manatın da yaxın günlərdə ödənilməsi təmin ediləcək.

Bu səbəbdən Sahibkarlığın İnkişafı Fondunun Alimpaşa Məmmədova qarşı iddiasının olmadığı və şikayətin geri götürüldüyü açıqlanıb.

Proses mayın 23-də davam edəcək.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

0.08950400352478