8 Noyabr prospektində əsaslı təmir işləri aparılır.
Hazırda yenidənqurma işləri prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində görülür. Prospekt boyunca, ümumilikdə 10 km-ə yaxın ərazidə velosiped yollarının salınması nəzərdə tutulub. Sözügedən velosiped yolları “bufer zonalar” vasitəsilə əsas yoldan ayrılır. Həmçinin ərazidə səki yenilənir.
PhotoStock.az-ın sözügedən ərazidən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox şəkil burada: PhotoStock.az
Əzizə İsmayılova