Çalhanoğlu “İnter”in prezidentinə: “Bir fincan qəhvə Tyuram və məndən bahadır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İnter”in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu, eləcə də “neradzurri”nin hücumçusu Markus Tyuram sosial şəbəkələrdə Milan klubunun prezidenti Stiven Çjanla canlı yayımda hansı qiymətə alındıqları barədə ironik şəkildə danışaraq gülüblər.

Tyuram: “Cənab Prezident, bizi sıfır avroya aldınız!”

Çalhanoğlu: “Bir fincan qəhvə Tyuramla məndən bahadır”.

Tyuram: “Hədiyyəmizi almalıyıq”.

Çjan: “Bu canlı yayımın səhv olduğunu bilirdim”.

Xatırladaq ki, Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent kimi keçib. Türkiyəli futbolçu buna qədər “Milan”da çıxış edib. Öz növbəsində, Tyuram ötən yay azad agent kimi "neradzurri"yə keçib.

Mənbə: championat.com

0.19076418876648