Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Kanalizasiya quyularından maşın təkəri, mişardaşı, hətta soyuducu qapağı çıxır”.

Bunu ARB telekanalının efirində “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, Bakı şəhərində gün ərzində kanalizasiya problemləri haqqında qaynar xəttə 100-dək müraciət daxil olur:

“Bu müraciətlərin bir çoxuna diqqət edəndə məlum olur ki, problemlərin əsas səbəbi kanalizasiya xətlərinə məişət tullantılarının atılmasıdır”.

Anar Cəbrayıllı qeyd edib ki, Abşeronun şimal-şərq hissəsində, Maştağa, Nardaran və Bilgəhin bir hissəsində 70 min vətəndaşın istifadə edə biləcəyi su xətlərinin çəkilməsi nəzərdə tutulur.

Ətraflı videosüjetdə:

 

0.46438694000244