“40 pilləkən” adlanan ərazidə “məskunlaşan” şəxslə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gündür ki, “40 pilləkən” adlanan ərazidə oturan şəxs gəlib-gedəni təhqir edir.

Bununla bağlı Xeber-ps.com-ın redaksiyasına şikayət daxil olub. Şikayətdə sözügedən şəxsin tüfeyli həyat yaşadığı və evsiz-eşiksiz olduğu vurğulanıb.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq.

Agentliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Xeber-ps.com-ın sorğusuna cavab olaraq bildirib ki, müraciət daxil olan kimi qurumun əməkdaşları əraziyə gedərək sözügedən şəxslə görüşüblər.

“Qiymətləndirmə zamanı məlum olub ki, həmin vətəndaş Agentliyin Həssas Əhali Qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə daha əvvəl də iki fərqli vaxtda qəbul olunub və müəssisəni öz istəyi ilə tərk edib. Ona yenidən müvafiq müəssisəyə yerləşdirilməsi təklif olunsa da, vətəndaş razılaşmayıb”. 

Videonu təqdim edirik:

Əzizə İsmayılova

0.19634795188904