“Qarabağ” futbol klubu Türkiyənin Sivas şəhərinə gedib.
“Anadolu” agentliyi xəbər verir ki, “Qarabağ” UEFA Avropa Liqası I Qrupunun 3-cü matçında sabah “DG Sivasspor” ilə qarşılaşacaq.
“Nuri Demirağ” hava limanında “Çırpırdı Qara dəniz” və Mehter Marşı ilə qarşılanan “Qarabağ” futbol komandasına iki ölkənin bayrağı və “Quran-i Kərim” təqdim edilib.
Bundan sonra hər iki ölkənin himnləri səsləndirilib.