Bakının Sabunçu rayonunda 18 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Nərmin Qabil qızı Əlləmovanın sərnişin olduğu avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Nəticədə xəsarət alan gənc qız xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.