Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda yarımfinala yüksəlib.
Xeber-ps.com xəbər verir ki, sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan milli üzvü qrup mərhələsini uğurla başa vuraraq 1/4 finala yüksəlib.
Cütlük yarımfinal uğrunda qarşılaşmada Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib - 2:0 (21:13, 21:17). Onlar yarımfinalda Hindistan təmsilçiləri ilə qarşılaşacaqlar.