Mingəçevirdə atası ilə mübahisə edən gənc özünə xəsarət yetirdi - TƏFƏRRÜAT + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

20 yaşlı Mingəçevir sakininin naməlum şəraitdə bıçaq yarası almasının təfərrüatı məlum olub.

Xeber-ps.com-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhəri Heydər Əliyev prospekti 40 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Bürhan Yavər oğlu Əsədov balaca qardaşını döydüyünə görə atası ilə arasında mübahisə yaranıb. Bu zaman o, mətbəx bıçağını götürərək özünə xəsarət yetirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12:12

Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlanıb. 

“Unikal”ın məlumatına görə, hadisə Heydər Əliyev prospekti 40 ünvanında qeydə alınıb.

2004-cü il təvəllüdlü şəhər sakini Bürhan Yavər oğlu Əsədov naməlum şəraitdə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Almaz Qasımova

0.072481155395508