Doqquz aylıq körpənin dəstəyə ehtiyacı var.
Bu barədə Xeber-ps.com-a onun anası Laləgül Əliyeva məlumat verib.
O, övladının anadangəlmə başında maye olduğunu bildirib.
“Sevda 2023-cü ilin avqust ayında dünyaya gəlib. Hamiləliyim boyu müayinələrdə heç bir problem görünməyib. Amma Sevda doğulandan sonra onun başında maye olduğunu öyrəndik. Elə həmin gündən də müalicələrə başlamışıq. Həkimlər ciddi müalicə olunarsa, bu mayenin heç bir fəsadsız keçib gedəcəyini deyirlər”.
Laləgül Əliyeva qızının müalicəsi üçün yardımsevər şəxslərə səslənib.
“Sevdanın müalicəsi üçün bizim hazırda 1 000 manata ehtiyacımız var. Bu müalicələr bitdikdən sonra biz onu Türkiyəyə müayinəyə aparmalıyıq. Hazırda bunları qarşılamaq üçün bizim imkanımız çatmır. Yardımsevər şəxslərdən övladıma dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 315-81-43.
Uni Bank: 5243 7544 4375 4195.