Ağdamda irigövdəli ağaclar kəsilib? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində, Bərdə-Ağdam avtomobil yolunun kənarındakı bir neçə sərv ağacı bölgədə əsən güclü külək nəticəsində kökündən qırılaraq aşıb”.

Bunu Xeber-ps.com-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, Ağdam rayonunun İmamqulubəyli kəndinin ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

“Araşdırma zamanı Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində, Bərdə-Ağdam avtomobil yolunun kənarındakı bir neçə sərv ağacının bölgədə əsən güclü külək nəticəsində kök hissəsindən qırılaraq rabitə xətlərinin üzərinə aşdığı və qəzalı şərait yaratdığı səbəbindən götürüldüyü müəyyən edilib. Qırılmış ağaclar ərazidən təmizlənib və əvəzinə yeni tinglərın əkilməsi təmin olunub”.

Qeyd edək ki, Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin inzibati binasının yaxınlığında bir neçə irigövdəli şam ağacının kəsilməsi ilə bağlı bəzi internet saytlarında məlumat yayımlanmışdı.

Əzizə İsmayılova

0.19085812568665