Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

 
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya, yeddinci sinif fizika, kimya və biologiya dərsliklərindən gedir.

Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov deyib ki, yeni dərsliklər birbaşa məktəblərə gətirilmir.

Məsələn, Azərbaycan dili və riyaziyyat dərslikləri iki il ölkənin bütün regional təhsil şöbələrinin əhatə elədiyi 150 rayon, şəhər, kənd məktəbində pilot sınaqdan keçirilib.

Təbiət fənləri isə bir il sınaqda olub. İldə iki dəfə bu məktəblərdə monitorinq aparılır, həmçinin, Elm və Təhsil Nazirliyinin elektron portalında ictimai müzakirəyə qoyulur.

Şöbə müdiri yeni dərsliklərin əvvəlkilərdən fərqini də izah edib.

Əvvəllər məktəblərdə müəllim özü dərs danışır, daha sonra həmin dərs üzrə savadın möhkəmləndirilməsi üçün suallar, məsələlər icra olunurdu, ancaq tətbiq aparılmırdı. Yeni  dərsliklər isə bunu da tələb edir.

R.Abdurazaqovun sözlərin görə, dərsliklər hər beş ildən bir təkmilləşdirilir.

Ətraflı süjetdə:

0.10729503631592