“Qapı effekti”, yuxuda danışmaq, üzün qızartısı: İdarə edə bilmədiyimiz qabiliyyətlərimiz - ARAŞDIRMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Alimlər insan orqanizminin idarə edə bilmədiyi qabiliyyətlərini müəyyən ediblər.

Onlardan biri “qapı effekti”dir. İnsan nəyisə etmək və ya nəyisə götürmək üçün bir otaqdan digərinə keçəndə bəzən məhz niyə ora getdiyini unudur. Burada yorğunluq əsas amil deyil; Çox güman ki, məlumat “sıfırlandıqda” insan “qapı effekti”lə üzləşir.

İkinci yerdə üzün qızartısı durur. Bu fenomen daha tez-tez həssas insanlarda baş verir və bədənin güclü emosional stresə fizioloji reaksiyasıdır.

Belə anlarda bədən özünümüdafiə üçün yüksək hazırlıq vəziyyətində olur: Əzələlər gərginləşir, ürək fəaliyyəti artır, periferik damarların kəskin genişlənməsi baş verir.

Az adam bilir, amma insan burundan nəfəs alma prosesini idarə etmir.

Yuxuların səbəbləri haqqında da dəqiq məlumat yoxdur. Mövcud fərziyyələrin heç biri etibarlı deyil.

Başqa bir sirr yuxuda danışmaqdır. Ehtimal olunur ki, yuxuda danışmaqla insan stres və emosional gərginliyin mənfi təsirlərindən xilas olur.

Mənbə: pravda.ru

0.11929607391357