Ermənistanın hərbi-siyasi rəhbərliyi 30 ildir işğal altında saxladığı Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda davam edən hərbi əməliyyatlara muzdlularla yanaşı uşaqları, yeniyetmələri, aqoca və yaşlı vətəndaşları və hətta din xadimlərini də cəlb edir. Bununla da işğalçı ölkə, humanizm, mərhəmət, ədalət və digər ülvi dəyərləri, prinsipləri tapdayır, eyni zamanda, beynəlxalq qanunları pozur. Bundan başqa döyüş meydanında Azərbaycan Ordusunun dərs verdiyi işğalçı ölkənin dinc əhalini hədəfə alması onun acizliyi və qorxaqlığının göstəricisidir. Gəncə, Mingəçevir, Ağdərə, Bərdə və başqa şəhərlərdə mülki əhalinin ermənilərin atdığı raketlərin qurbanına çevrilməsi hadisələri dünya ictimaiyyətinə məlumdur.
Görünən odur ki, Ermənistan ordusu tarixi məğlubiyyətə uğramaq üzrədir. Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarda yerləşmiş erməni qoşunlarının mövqelərinə, hərbi birliklərinə, artilleriya qurğularına endirdiyi dəqiq zərbələr nəticəsində Ermənistan ordusu Qarabağdan nizamsız şəkildə geri çəkilir. Bu zərbələr nəticəsində ermənilər böyük itkilərə məruz qalsa da, Yerevan hələ bunu etiraf etmir.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Xalq Cəbhəsi”nə verdiyi açıqlamasında bildirib ki, Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.
Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir:
“Sentyabrın 27-dən başlayaraq, erməni hərbi birləşmələrinin bütün cəbhə boyu yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması da Ermənistanın terror və faşizm siyasətinin davamıdır. Bu hücum nəticəsində 70-dən çox mülki Azərbaycan vətəndaşı həlak olub, yüzlərlə mülki vətəndaş yaralanıb, minlərlə yaşayış evləri, obyektlər dağıdılıb. Həyatını itirənlər arasında bələkdə olan körpələr və uşaqlar da olub. Ermənilər Gəncə şəhəri, Mingəçevir, Tərtər, Ağdam, Ağcabədi və başqa rayonlarda yaşayan mülkiəhalini raket atəşinə tutmaqla 1992-ci ildə törətdikləri Xocalı soiyqırımını təkrarlayırlar”.
ALDP sədri qeyd edib ki, çox təəssüflər olsun ki, yenə də dünya birliyi, Minsk qrupu həmsədr ölkələri, BMT və digər beynəlxlaq təşkilatlar işğalçı Ermənistana təsir etməkdən yayınırlar. Beynəlxalq qanunları pozan Ermənistan baş naziri Paşinyan mütləq hərbi tribunal qarşısında cavab verməli, törətdiyi əməllərə görə öz cəzasını almalıdır.
F.Əliyev bir sıra beynəlxalq sənədləri xatırladır. Bildirib ki, silahlı münaqişələr zamanı uşaqların zərər çəkməməsi üçün uşaq hüquqlarının müdafiəsi barədə hələ 1924-cü ildə Millətlər Cəmiyyəti tərəfindən Uşaq Hüquqları Haqqında Cenevrə bəyannaməsi, BMT yaradılandan sonra, 1948-ci ildə Baş Məclis tərəfindən İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə, 1959-cu ildə isə Uşaq hüquqları bəyannaməsi qəbul edilib.
1949-cu il 12 avqust tarixli IV Cenevrə konvensiyası və 1977-ci il Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Cenevrə konvensiyalarına I əlavə protokol mülki əhalinin, o cümlədən, uşaqların mühafizəsi haqqındadır. 1954-cü ildə uşaqların müdafiəsi üçün BMT-nin Uşaq Fondu (UNİSEF) yaradılıb, 1989-cu il noyabrın 20-də BMT Uşaq Hüquqları Konvensiyasını qəbul edib. BMT Baş Məclisi 2000-ci il yanvarın 26-da Uşaq hüquqları haqqında konvensiyaya Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol daxil edib. Eyni zamanda, 1998-ci ildən etibarən BMT Baş Katibinin uşaqlar və silahlı münaqişələr üzrə ilk xüsusi nümayəndəsi öz işinə başlayıb: “Protokolun iştirakçısı olan dövlətlər sülh və təhlükəsizlik şəraitində uşaqların vəziyyətinin heç bir fərq qoymadan getdikcə yaxşılaşdırılmasının, həmçinin, onların inkişafı və təhsil almasını təmin etməli, silahlı münaqişələrin uşaqlara fəlakətli və geniş miqyaslı təsirinin mənfi nəticələrinin qarşısını almalı, silahlı münaqişə şəraitində uşaqlara qəsdi, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən məktəb və xəstəxanalar kimi, adətən çoxlu uşaq olan yerlərə bilavasitə hücumları pisləyir. Konvensiyanın 8-ci maddəsinə əsasən hər bir iştirakçı dövlət Uşaq Hüquqları üzrə Komitəyə məruzə təqdim etməli və həmin məruzədə bu Protokolun müddəalarının həyata keçirilməsi ilə əlaqədar özünün gördüyü tədbirlər haqqında əhatəli məlumat verməlidir. İştirakçı dövlətlər beş ildən bir məruzə təqdim etməlidirlər. Ermənistan Protokolun iştirakçısı olsa da, konvensiyaya əməl etmir.
ALDP sədri din xadimlərinin orduya cəlb edilməsini isə biabırçılıq adlandırıb: “Bu, Paşinyan hakimiyyətinin süqutu deməkdir. Tarixən dindarlar, din xadimlərin sülhün carçısı olublar. Amma erməni din xadimləri qarşıdurma, terror hadisələrinin müəllifi rolunda çıxışlar ediblər. Tarix bunu sübut edir. Eçmədzin bütün terror hadisələrinə xeyir-dua verib. 1880-ci illəri xatırlayaq. O zaman Qərbin istəyi və baş katolikosun xeyir-duası ilə “Hınçak”, ardınca “Daşnaksütun” kimi silahlı təşkilatlar yaranmağa başladı. Silahların və geyimlərin alınmasını, ümumiyyətlə bütün maddi-texniki təminatı erməni kilsələri təşkil edirdi. Hətta, mənbələrdə var ki, “Hınçak” terror təşkilatı aradan götürdüyü diplomatlar və dövlət adamlarının siyahısını da baş katolikos verirmiş. Van, Qars, Ərzurum, Azərbaycanda isə İrəvan, Naxçıvan, Qarabağda kəndlərin yandırılması, soyqırımlar törədilməsi əmrini də kilsələr verirdi. Onlar bunu gənc ermənilərə “dənizdən dənizə böyük ermənistan” torpaqlarını bərpa etmək uğrunda fədai borcu olaraq təlqin edirdilər. Bu gün də erməni din xadiminin əlinə silah alması dinə ləkədir. Ümumiyyətlər, ermənilərin mövcudluğu dünyaya utanc gətirib, bir ləkədirlər. Uşaq qatilinə çevrilən, mülki, günahsız əhalini qıran, soyqırım törədən, tarixi saxtalaşdıran, başqa ölkələrin torpaqlarına göz dikən… bütün iyrəncliklər bu millətdədir”.