“Xalq arasında bir deyim var ki, 40 yaşından sonra bəzi qanduruldan dərmanlar qəbul olunmalıdır. Bu fikrin doğru və yanlış tərəfləri var”.
Xeber-ps.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.
Onun sözlərinə görə, istənilən dərmanda olduğu kimi qanduruldan kimi ciddi dərman qrupunu həkim tövsiyəsi və həkim nəzarəti olmadan qəbul etmək təhlükəli nəticə verə bilər:
“Qanduruldanların nəzarətsiz istifadəsi ciddi qanaxmalara, qaraciyər çatışmazlığına səbəb ola bilər. Araşdırmalar zamanı 40-45 yaşdan yuxarı insanların uzun müddət bu tip dərmanlardan istifadəsi ürək-damar probleminin qarşısını almağa imkan versə də, ciddi mədə-bağırsaq, beyiniçi qanamalarla müşahidə edilir”.