BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib.
Bu barədə universitetdən Xeber-ps.com-a bildirilib.
Vurğulanıb ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.
Həmçinin, İsgəndər Quliyev 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
O, II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Qeyd edək ki, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, YAP-ın “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalılar “91-lər” adlandırılır.
Xatırladaq ki, bu gün səhər saatlarında sabiq deputat Hadı Rəcəbli də dünyasını dəyişib.