Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda İran vətəndaşı idarə etdiyi yük maşını ilə piyadanı vuraraq öldürüb.

APA xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Karvansaray” Ticarət Mərkəzinin həyətində İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Mansoor Aziz oğlu Afrooz idarə etdiyi “DAF XF480FT” markalı yük avtomobili hərəkətdə olarkən avtomobilin sağ tərəfindən sol tərəfinə keçən piyada 1985-ci il təvəllüdlü Sahib Alıxan oğlu Oruclunu vurub.

Nəticədə Sahib Alıxan oğlu Oruclu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

0.10336303710938