Avtobus parkı yenilənən Bakıda köhnə olanların aqibəti necə olacaq? - ARAŞDIRMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın gələcəkdə Bakıda köhnə avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilməyəcək. Bəs köhnə avtobuslarla bağlı vəziyyət necə olacaq? Tutumu az, oturacaqları sınıq-sökük, kondisioneri yox... Söhbət Bakı, Bakıətrafı kənd və qəsəbələrə işləyən köhnə avtobuslardan gedir.

Xezerxeber.az-ın məlumatına görə, belə avtobusların bəziləri istismara məhdud yararlıdır, çoxunun isə artıq istismar müddətini başa vurmaqda olduğu bildirilir. Bu avtobusları idarə edən sürücülər heç özləri də neçənci ilin nəqliyyat vasitəsini idarə etdiklərini bilmirlər.

Paytaxt sakinləri də köhnə avtobusların yeniləri ilə əvəzlənməsini istəyirlər. Bəzi sərnişinlər ümumiyyətlə, belə avtobuslara minmədiklərini deyir.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, marşrut avtobusları ilə bağlı bölgələrdə vəziyyət ümumiyyətlə qaneedici deyil.

Ekspertin sözlərinə görə, taksilərə tətbiq olunan yeni qaydaları avtobuslara da tətbiq etmək lazımdır.

Ətraflı süjetdə:

0.13024306297302