Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
Xeber-ps.com xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutub.
Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi bitib - 2:1. 49-cu dəqiqədə “Qəbələ”nin futbolçusu Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə Aleks Souza bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Belajdi Pusi görüşdə son nötqəni qoyub.
Sonuncu - 10-cu pillədə qərarlaşan “Qəbələ” 15 xalda qalıb. Qonaqlar hələlik 42 xalla 5-ci yerdədir.
Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Ötən gün “Sumqayıt” – “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.