İspaniya La Liqasının 31-ci turunun “Atletiko Madrid” və “Jirona” komandalarının qarşılaşması baş tutub.
Xeber-ps.com xəbər verir ki, komandalar İspaniyanın Madrid şəhərindəki “Tsivitas Metropolitano” stadionunda qarşılaşıblar. Meydan sahibləri 3:1 hesabı ilə inamlı qələbə qazanıblar.
Matçın ilk qolu dördüncü dəqiqədə vurulub. “Jirona”nın hücumçusu Artyom Dovbik fərqlənib. 34-cü dəqiqədə “Atletiko” penalti hüququ əldə edib. Antuan Qrizmannın hesabı açıb. 45+6-cı dəqiqədə Anxel Korrea madridliləri hesabda irəli çıxarıb. 50-ci dəqiqədə Qrizmann dubla imza atıb.
İspaniya çempionatının 31 turundan sonra “Atletiko” 61 xal toplayıb və dördüncü yerdədir. Öz növbəsində, La Liqada eyni sayda oyundan sonra “Jirona” 65 xal qazanaraq üçüncü yerdə qərarlaşıb.