Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Xeber-ps.com-a bildirilib.
Vurğulanıb ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.