İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində “Nyukasl” doğma meydanda “Tottenhem”i qəbul edib.
Xeber-ps.com xəbər verir ki, qarşılaşma meydan sahiblərinin mütləq üstünlüyü ilə yekunlaşıb 4:0.
Oyunda hesabı 30-cu dəqiqədə A.İsak açıb. İki dəqiqə sonra A.Qordon komandasının üstünlüyünü iki topa çatdırıb. İkinci hissədə (51-ci dəqiqə) növbəti dəfə fərqlənib. Oyunun sonuna üç dəqiqə qalmış F.Shar son nöqtəni qoyub.
Qələbə sayəsində xallarının sayını 50-yə çatdıran “Nyukasl” altıncı pilləyə yüksəlib. “Tottenhem” 60 xalla beşinci pillənin sahibidir.