Azərbaycanın iki boksçusu Avropa çempionatının finalına yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın iki boksçusu Xsorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində finala yüksəlib.

Xeber-ps.com xəbər verir ki, hər iki milli üzvü yarımfinal görüşlərini qələbə ilə başa vurublar.

48 kq-da Bilalhəbaşi Nəzərov Frihah İsmael Maqraou (İspaniya) ilə üz-üzə gəlib və rəqibini 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, finalda Aleksandr Zveryevlə (Ukrayna) münasibətinə aydınlıq gətirəcək.

Ömər Aslanlı (54 kq) da adını həlledici görüşə yazdırıb. Yığma üzvü yarımfinalda bolqarıstanlı Atanas Dinkovu 5:0 (30:25, 29:26, 29:26, 30:25, 30:25) hesabı ilə məğlub edib. Aslanlı qızıl medal uğrunda Maksim Çekinlə (Ukrayna) qarşılaşacaq.

Avropa birinciliyində çempionluq döyüşləri aprelin 14-də baş tutacaq.

0.087482929229736