Qan xəstəliyindən əziyyət çəkən Azərin dəstəyinizə ehtiyacı var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan xəstəliyindən əziyyət çəkən 10 yaşlı Azər Məhərrəmlinin xeyirxah insanların dəstəyinə ehtiyacı var.

Bununla bağlı Xeber-ps.com-a onun anası Günel Məhərrəmova müraciət edib.

O bildirib ki, oğlu aplastik anemiya xəstəliyindən əziyyət çəkir:

“Doqquz aydır, Azər bu xəstəlikdən əziyyət çəkir. Həkimlər deyirlər ki, ancaq ilik köçürməklə Azərin xəstəliyini sağalda bilərlər. Əməliyyat üçün biz Türkiyədə yerləşən xəstəxanalardan biri ilə danışmışıq. Əməliyyatın qiyməti ilkin mərhələ üçün 68 min dollardır (115 600 manat). Bizim əlimizdə cəmi 30 min manatımız var. Yardımsevər insanlardan xahiş edirəm ki, mənim balaca oğluma, Azərimə köməklik etsinlər”.

Ailə ilə əlaqə: (070) 755-36-00

Kart nömrəsi:  4169 7388 8065 5661

0.099496841430664