Yasamalda sakinlərin sökülən qarajları ilə bağlı rayon İcra Hakimiyyətindən MÜNASİBƏT - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonunda, Yeni Yasamal 1 ünvanında yerləşən binanın qarşısında sakinlər tərəfindən qeyri-qanuni tikilən qarajlar sökülüb.

Sakinlər deyirlər ki, uzun illərdir ərazidəki qarajlar həm məhəllənin görünüşünə xələl gətirib, həm də uşaqlar üçün oyun ərazilərini zəbt edib.

Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov “Xəzər Xəbərə” bildirib ki, ərazidəki söküntü işləri sakinlərin müraciəti əsasında aparılır.

Qurumun rəsmisi onu da qeyd edib ki, söküntü işləri tam yekunlaşdıqdan sonra, ərazidə uşaq və böyüklərin istirahəti üçün skamyaların quraşdırılması və ümumilikdə məhəllənin abadlaşdırılması nəzərdə tutulub.

Ətraflı süjetdə:

0.089698076248169