Fransada əks cinsdən olan həkimdən imtina edənlər həbs olunacaq

Fransada əks cinsdən olan həkim və ya müəllimdən imtina edənləri “ayrı-seçkiliyə qarşı qanun” çərçivəsində beş ilə qədər həbs cəzası gözləyir, yaxud da onlar 75 000 avro məbləğində cərimə olunacaqlar.

“Haber Global”ın məlumatına görə, bu barədə Fransanın Daxili İşlər naziri Gerald Darmanin “La Voix du Nord” qəzetinə verdiyi müsahibədə bildirib.

O, bunu radikallıqla mübarizə çərçivəsində həyata keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, qərar fransızlar tərəfindən böyük narazılıqla qarşılanıb. Onların sözlərinə görə, Darmaninin ayrı-seçkilik kimi tərif etidiyi bu “cinayət” Fransa Səhiyyə Nazirliyinin “Qanun hər xəstəyə öz həkimini müstəqil şəkildə seçmə hüququnu verir” maddəsi ilə ziddiyyət təşkil edir.

 

 

0.31208896636963