Ağdamda baş verən partlayışla bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş partlayış nəticəsində bir nəfərin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Anar Mürşüd oğlu Piriyevin ərazidə minatəmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

10:47

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.

Bu barədə Xeber-ps.com-a ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Anar Mürşüd oğlu Piriyev xidməti vəzifəsini yerinə yetirərkən alüminium gövdəli kiçikölçülü detonatorun işə düşməsi nəticəsində əl və ayaq nahiyəsindən yüngül xəsarətlər alıb.

“Xəsarət alan əməkdaş müayinə olunmaq üçün rayon xəstəxanasına çatdırılıb. Həyati təhlükəsi və ciddi xəsarəti yoxdur”, - məlumatda vurğulanıb.

0.093156099319458