Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları Bakıda evlərdən 15 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində iki evdən 15 min manatlıq qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0.18722009658813