Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Reaksiya” TV Kanalının suallarını cavablandırıb.
Bir sıra dövlətlərin Azərbaycana təzyiqləri hiss olunmağa başlanıb və bu təzyiqlərin müharibədən sonra davam oluna biləcək sualına ALDP sədri belə cavab verdi:
“Hesab edirəm ki, müharibədən sonra təzyiqlər olmayacaq. Təzyiqlər ancaq erməni lobbisi tərəfindən ola bilər. Müharibədən sonra Ermənistanda hərbi-xuntanın başçısı Paşınyan devriləcək, orda inqlab olacaq. 17 siyasi partiya birləşib bir alyans yaradıb Paşınyanın istefasını tələb edirlər.”
“Beynəlxalq təşkilatlar və Azərbaycanda fəaliyyət göstərən səfirlər, ermənilərin Gəncə və Bərdə şəhərlərində yaşayan dinc əhaliyə qarşı raket hücümları, bu terror aktını öz gözləri ilə gördülər və verdiyi bəyanatlarda bunu təsdiq etdilər. Bundan sonra heç bir ölkə Ermənistanda bu faşıst rejimi dəstəkləməyəcək”- Fuad Əliyev qeyd etdi.
Müharibədən sonra Azərbaycanda köklü dıyişiklər gözlənilir və bu daha çox hansı sahədə özünü göstərəcək sualına Fuad Əliyevin cavabı belə oldu:
“Bu dəyişiklər bir neçə il bundan qabaq başlanıb. Partiyalarla bağlı deyə bilərəm ki, bu ilin əvvəlindən iqtidar-müxalifət dialoquna start verilib. Bunun davamı olaraq 50 siyasi partiyanın Ermənistanın təcavüzkar siyasətinə qarşı, müharibə ilə bağlı birgə bəyanatı qəbul olunması oldu. Hesab edirəm ki, müharibədən sonra bu dialoq davam olacaq. İqtisadi islahatlar da nəzərdə tutulub. Azad olunan torpaqlarda və Azərbaycanın digər gözəl bölgələrdə turizm sahəsi inkişaf olunacaq. Təhsil, səhiyyə və digər sahələrdə çalışanların sosial durumu yaxşılaşacaq. Azərbaycanın iqtisadi potensialı çox yüksəkdir. Azərbaycanda iqtisadi sıçrayış olacaq”-Fuad Əliyev bildirdi.
Qarabağda azərbaycanlıların və ermənilərin birgə yaşamağın müzakirəsinə münasibət bildirdi.
“Ermənistandan azərbaycanlılar köçürülüb, rəsmi olaraq Azərbaycanda isə 60 minə yaxın erməni yaşayıb bu 30 il ərzində. Müharibədən sonra ermənilər Azərbaycan qanunlarını qəbul etsələr, Azərbaycan vətəndaşlığı qəbul etsələr ola bilər ki, onlar Qarabğda yaşaya bilərlər. Bunu gələcək göstərəcək”- ALDP sədri bildirdi.