Bakıda avtomobil 82 yaşlı qadını xəstəxanalıq etdi

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1938-ci il təvəllüdlü Əsədova Sudabə Əsəd qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin çoxsaylı sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

0.33962893486023