11 yaşlı Nurayın son günüdür: Müalicə üçün 1 300 manatları çatmır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

11 yaşlı Nurayın sizin köməyinizə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Səbinə Salahova məlumat verib.

O bildirib ki, beyninin sol tərəfi iflic olan Nuray gəzə və danışa bilmir. Beyin funksiyaları iflic olduğuna görə Nuray altı aydan bir mütəmadi olaraq Türkiyənin İstanbul şəhərində bağırsaqlarından müalicə almalıdır.

“Nuray illərdir müalicələrlə həyatda qalıb. 11 yaşı var, o qədər arıqlayıb ki, 17 kiloqrama qədər enib çəkisi. Biz müalicə üçün bu gün Türkiyəyə yollanırıq. Amma müalicə üçün lazım olan məbləğ hələ də tamamlanmayıb. Müalicə üçün lazım olan 4 000 manatın 2 700 manatını toplamışıq, 1 300 manatımız çatmır”.

Səbinə Salahova bu gün axşam saatlarında Türkiyəyə yollanacaqlarını deyib.

“Bir neçə həftə əvvəl sizin saytın dəstəyi ilə gediş biletlərimizi ala bildik. Bu gecə İstanbula çatacağıq. bazar ertəsi isə həkim qəbuluna gedəcəyik. Hazırda nə borc almağa adamımız, nə satmağa əşyamız qalıb. Yoldaşım uşağın xəstəliyinə görə bizi atıb gedib. Gündəlik xərcləri qarşılamaq üçün 77 yaşlı anam küçədə limon və gül satır, mən də Nurayı qardaşının yanında qoyub gedib təndirxanada işləyirəm. Yardımsevər şəxslərdən bu yolda bizi tək buraxmamağı xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 325-61-47.

“Kapital Bank”: 6768 6771 7683 9631.

0.19570899009705