Braziliyada koronavirus pandemiyası sona çatır

Braziliyada koronavirus pandemiyası sona çatır.

“Globo”nun məlumatına görə, bu barədə ölkə prezidenti Jair Bolsonaru xəbər yayıb.

Bununla bağlı öz nitqində o, COVID-19 vaksini barədə fikir ayrılığı yaşadığı San-Paulu ştatının  qubernatoru Joau Dorianı da xatırlayıb.

“Pandemiya sona çatır. Düşünürəm ki, buna görə də Doria təcili vaksinasiya istəyir. Çünki pandemiya sona çatdıqda o, deyəcək: “Əlbəttə, hər şey mənim vaksinim sayəsində oldu! Aydındır?”, - deyə Bolsonaru izah edib.

O, həmçinin Doria idarəetməsinin başa çatmaq üzrə olduğunu da vurğulayıb.

0.3435070514679