Novruz mənası “Yeni gün” olan, yazın gəlişindən müjdə verən qədim xalq bayramıdır.
Xeber-ps.com xəbər verir ki, paytaxt sakinlərinin bir qismi bayram tətilini mərkəzi küçələrdə və İçərişəhərdə keçirilən Novruz şənliklərinə qatılmaqla keçirir.
Novruz elçiləri - keçəl, kosa, eləcə də mərkəzi küçədə hazırlanmış bayram xonçasının maketi şəhəri turistlər üçün də daha maraqlı edir.
İnsanlar Novruz atributları ilə şəkillər çəkdirir, bir-biriləri ilə bayramlaşırlar.
Xatırladaq ki, 2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda 7 gün qeyri-iş günü elan olunub.
Daha çox foto burada: PhotoStock.Az