Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır”.

Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin “Diary of a CEO” podkastında bildirib.

Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağa və özlərini təsdiq etməyə davam edirlər ki, bu da ailəyə mənfi təsir göstərir. Onun fikrincə, yalnız yaş ötdükcə tərəfdaşlar həyatdan nə istədiklərini anlamağa başlayırlar, bunun sayəsində nikahı uzun müddət qoruyub saxlamaq və boşanmanın qarşısını almaq üçün sabit perspektivləri yaranır.

Psixoterapevt əlavə edib ki, evlilikdən 32 yaşa qədər olan müddətdə hər il boşanma ehtimalı 11 faiz azalır. Bununla belə, onun sözlərinə görə, bu yaşdan sonra evliliyin ayrılıqla bitmə ehtimalı hər il beş faiz artmağa başlayır.

Yaşlandıqca insan daha inadkar və sərt olur. Həmçinin yaş ötdükcə bir çox insanlar uyğunlaşma və güzəştə getmək qabiliyyətini itirirlər.

“Ayrılıq travmasını yaşayan insanlar yeni münasibətlərə başlamaqda çətinlik çəkirlər. Belə vəziyyətlərdə, yeni tərəfdaş, etmədiyi əməllərə görə sözün həqiqi mənasında cəzalandırılır, məsələn, ona tamamilə etibar etməməklə. Sevdiyiniz insanı tapın, keçmişdə etdiyiniz səhvlərə görə onu günahlandırmayın və 32 yaşına kimi evlənin!" - deyə psixoterapevt yekunlaşdırıb.

Mənbə: lenta.ru

0.10643887519836