Baş Assambleyanın 77-ci sessiyasının sədri: “BMT olaraq münaqişələri tam idarə edə bilmirik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ötən illərlə müqayisədə münaqişələrin sayı 50% artıb. Biz nəyisə düz etmirik”.

“Report” xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Caba Koroşi (Csaba Korosi) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun lll panel müzakirəsində deyib.

Onun sözlərinə görə, artıq böhranlara sövq edən səbəblər dəyişib:

“Bizim işimiz əsasən islahatlardan keçir. Süni intellektin inkişaf etməsi münaqişələrin artmasına sövq edir. Biz BMT olaraq münaqişələri tam idarə edə bilmirik”.

O vurğulayıb ki, təsisatların islahatlara ehtiyacı var.

0.12701797485352