Mohammed Alzubi: “Azərbaycan islamofobiya problemi ilə ciddi məşğul olur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan islamofobiya problemi ilə məşğul olan və onunla mübarizə aparan ölkələrin ön sıralarındadır”.

Bu barədə “Report”a açıqlamasında qeyri-kommersiya təşkilatının rəhbəri Mohammed S.Alzubi deyib.

O, ümidvar olduğunu bildirib ki, Azərbaycanın göstərdiyi səylər sayəsində dünya islamofobiya ilə mübarizə üçün hərtərəfli layihə və yeni strategiya görəcək:

“İslamofobiya təkcə Qərb ölkələrində deyil, digər qonşu ölkələri də əhatə edən cəmiyyətlərin strukturunu məhv edən bir təzahürdür”.

Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə gördüyü işlər böyük hörmətə layiqdir:

“Azərbaycan təkcə islamofobiyaya qalib gəlmək səyləri üçün deyil, həm də hazırkı beynəlxalq konfrans kimi tədbirlərin təşkili üçün böyük hörmətə layiqdir. Çünki bu problemi həll etmək üçün dünyanın hər yerindən ekspertləri bir araya gətirmək çox vaxt aparan işdir”.

0.72650599479675