Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz 73 yaşında vəfat edib.
“Sabah” nəşri xəbər verir ki, ağciyərində şiş aşkarlanan siyasətçi bir müddət əvvəl əməliyyat olunmuşdu.
M.Yılmaz 1947-ci ildə İstanbulda anadan olub.
Türkiyənin “Ana Vətən” partiyasının qurucularından biri olan M.Yılmaz ölkəsinin baş naziri, xarici işlər naziri, mədəniyyət və turizm naziri vəzifələrində çalışıb.