Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Mətbuat Xidmətinin məlumatı.
Oktyabrın 16-da ALDP Nizami rayonun sədri Kamal Baharlı Sabunçu rayon polis idarəsinə çağırılmışdır. Bir gün qeyri-qanuni saxlanılaraq sonra sərbəst buraxdılar. Kamal Baharlının sözlərinə görə 16 oktyabr tarixində, onu, Sabuncu rayonu polis idarəsinə apardılar. Müstəntiq Vasif Zeynalli sorğu-sual edəndən sonra onu bir gün polis idarəsində saxlıyaraq, partiyadan kənarlaşması, siyasətnən məşqul olmaması tələb edərək, təzyiqlər etdi. Polis idarəsində müstəntiq ona “əgər hardasa danişsan, yada şikayət etsən səni, sənin ailə uzvlərini də həbs edəcəyik” hədə qorxu gəldi.
ALDP bir daha hakimiyyətdən partiya üzvlərinə təzyiqlərinə son qoyulmasını tələb edir.