Fuad Əliyev: Paşinyanın belə addımları Ermənistanı ikinci Ukraynaya çeviriləcək

“Paşinyanın belə addımları Ermənistanı ikinci Ukraynaya çeviriləcək”

Bu fikirləri Azreform.info-ya açıqlamasında prezidentliyə keçmiş namizəd Fuad Əliyev bildirib.

Fuad Əliyevin sözlərinə görə, Paşinyan Qərbdən idarə olunur:

“Paşinyan Soros-un maliyyə dəstəyilə hakimiyyətə gəlib. Bu gün də  Qərb dairələrdən göstərişlər alır. Paşinyanın belə addımları Ermənistanı ikinci Ukraynaya çeviriləcək  Onun bu hərəkətləri təkçə Ermənistanda yox, Cənubi Qafqazın sabitliyinə təhlükə yaradır. Böyük bacı Fransanın diktəsilə siyasət aparan Paşinyan yenə də Azərbaycanla ikili oyun oynayır. Bir tərəfdən sülh müqaviləsinin imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən isə Fransa ilə hərbi əməkdaşlıqla bağlı müqavilələr bağlayır”.

Fuad Əliyevin fikirlərinə görə, Qərb “demokratiya” adı ilə öz həyat tərzini digər ölkələrə sırıyır və cəmiyyətləri dağıdır:

“Qərb ölkələri dağıtmaq üçün təkçə müharibə, silahdan istifadə etmir. İdeoloji silahlardan da istifadə edir. “Demokratiya” adı ilə öz həyat tərzini digər ölkələrə, cəmiyyətlərə sırıyır. Misal üçün seriallar, tok-şoular kimi verlişləri sadalamaq olar. Və bu biabırçı həyat tərzi bəzi Qərb ölkələrin hakimiyyət strukturlarında da yer alıb. Onlar hakimiyyətdə təmsil olunurlar. Bu yaxınlarda Fransa müdafiə naziri Ermənistanda  səfərdə olarkən, öz həmkarına, Ermənistan müdafiə nazirinə birinci sualı belə olub: Ermənistan müdafiə nazirliyində nə qədər LGBT nümayəndəsi var? Baxın, ölkələri dağıtmaq üçün müharibə etmək lazım deyil. Ermənistan kimi zəif cəmiyyətləri belə şeylərlə dağıtmaq olar. Və bu baş versə Ermənistanı mövcud ölkə kimi görmək sual olacaq”.

0.099973917007446