Cənubi Sudanın qərbində yerli qruplaşmalar arasında gedən döyüşlərdə ən azı 26 nəfər həlak olub.
Qeyd olunur ki, ötən həftə yeni güclə başlayan zorakılıq dalğası səngimək bilmir.
Ştatın qubernatoru vəzifəsini icra edən Arcangelo Anyar bildirib ki, Varab əyalətindən olan silahlılar Qərbi Bar əl Qəzal əyalətində polis idarəsini və bazarı yandırıblar. 8 polis əməkdaşı və 10 mülki şəxs həlak olub.
Varab əyalətinin informasiya naziri Uilyam Vul hücum edənlərdən də səkkizinin öldürüldüyünü bildirib. O, bildirib ki, mübahisə otlaq və əkinçilik üçün lazım olan münbit torpaqların yenidən bölüşdürülməsi ilə bağlıdır.
Qeyd edək ki, ötən həftədən indiyədək bir neçə oxşar münaqişədə 150-dən çox insan həlak olub.
Mənbə: Reuters