Yer kürəsində temperaturun nə qədər artdığı bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliya və ABŞ okeanoloqları qədim dəniz süngərlərinin tədqiqi nəticəsində ilk kimyəvi sübut əldə ediblər. Onlar təsdiq ediblər ki, 1860-cı illərin ortalarından bəri Yer kürəsində orta temperatur 1,7 dərəcə Selsi artıb. Bu, BMT ekspertlərinin hazırkı hesablamalarından nəzərəçarpacaq dərəcədə yüksəkdir.  

Alimlərin kəşfi “Nature Climate Change” jurnalında dərc olunub. 

Jurnalın mətbuat xidmətinə məlumat verən Qərbi Avstraliya Universitetinin (Krouli) professoru Malkolm Makkalok bildirib ki, alimlər Karib dənizinin dibində dayaz ərazilərdə rast gəlinən “Ceratoporella nicholsoni” növünün uzunömürlü süngərlərinin əhəngli qabıqlarını tədqiq edərkən bu qənaətə gəliblər.  

Bildirilir ki, alimlər Puerto-Riko və Santa-Kruz adalarının sahillərində qədim və nisbətən müasir süngər nümunələrini toplayıb, onların yaşını təyin ediblər və əhəngli qabıqların müxtəlif təbəqələrində stronsiumun nisbətini ölçüblər. Bu, Karib dənizində temperaturun 1700-cü ildən 2020-ci ilə qədər necə dəyişdiyini öyrənməyə, eyni zamanda Yer kürəsində orta temperaturu müəyyən etməyə imkan verib. 

0.10016393661499