Ermənistanda hakimiyyət deyişəcək məsələsi mənim üçün heç maraqlı deyil

“Azərbaycana heç bir təpki yoxdur”

Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Kanal-13” youtube kanalına verdiyi müsahibəsində bildirib.

“Hesab edirəm ki, heç bir təpki yoxdur. Amma oktyabrın 10-da humanitar atəşkasın bağlanmasına görə ola bilər. O da ki, bütün dünya görüb ki, atəşkası ermənilər pozub. İndi isə beynəlxalq təşkilatlar və bəzi ölkələr öz bəyanatlarında qeyd edirlər ki, separatçı-ermənilər işğal etdiyi torpaqlardan çıxmalıdırlar. Putin də Valday görüşdə qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyü bərpa olunmalıdır”.

Ermənilər mülki əhalini hədəfə alıb və bunula bağlı beynəlxalq qurumların susqunluğu müşahidə olunur, sualına ALDP sədri belə cavab verdi:

“Azərbaycan 30 ilə yaxındır ki, dünyaya sübut edirdir ki, ermənilər bizim torpaqlarımızı işğal edib. İndi demək olar ki, əksəriyyət ölkələr bunu qəbul edərək bizi dəstəkləyir və Ermənistanı işğalçı dövlət kimi tanıyır. Dinc əhaliyə qarşı ermənilərin törətdiyi cinayətnən bağlı, dövlət rəsmiləri çox çevik oldular. Azərbaycanda fəaliyyət göstərən səfirləri Gəncəyə apararaq bu cinayəti göstərdilər. Biz, partiya olaraq, xaricdə fəaliyyət göstərən və bizimlə əməkdaşlıq edən partiyalara dinc əhaliyə qarşı cinayətnən bağlı və ermənilərin digər təxribatlarla bağlı mütamadi olaraq məlumatlar göndəririk. Daha sonar 30 yaxın beynəlxalq təşkilatları məlumatlandırmışıq. Biz bu informasiya blokadasını qırırıq. Və artıq bəzi beynəlxalq təşkilatlar, ölkələrin rəsmiləri öz bəyanatlarında qeyd edirlər ki, dinc əhalini hədəf alması qəbul olunmazdır”.

Müəyyən gruplar sosial şəbəkələrdə  birgə yaşamaq adı altında təbliğat işlərinə münasibət bildirən Fuad Əliyev qeyd etdi ki, sülh danışıqları gedən vaxtı, bu, ermənilərə təklif olunmuşdur. Onun sözlərinə görə, ermənilərə işğal etdiyi torpaqları azad etməsi, Qarabağda yaşayan azərbaycanlıların öz torpaqlarına qayıtması və ermənilərlə birgə yaşamağı təklif olunmuşdur.

Ermənilər buna razılıq vermədilər. İndi isə müharibə gedir və belə fikirləri təbliğ etmək çox ziyanlıdır. Biz ordumuza dəstək verməliyik. Ordumuz işğalda olan torpaqlarımızı tam azad etməlidir, Qarabağda yaşayan azərbaycanlılar dogma yurduna qayıtmalıdırlar.Bundan sonar qalan ermənilər Azərbaycan vətəndaşlığı qəbul edəndən sonra bizimlə birgə yaşıya bilərlər. Ermənistan-Azərbaycan sülh platforması yaranmışdı. Və bu Platforma erməniləri Bakıya gətirib gezdirirdilər, yola salandada bəlkədə ciblərinə pul qoyurdular. Amma bir nəfər azərbaycanlını belə Ermənistana aparmadılar. Ancaq ermənilər üçün üğürlu Platforma olub. Ona görə indi sülh haqqında danışmaq çox ziyanlıdır. Biz ordumuzun yanında olub, orduya dəstək verməliyik. Faşıst-Paşınyanın hakimiyyəti kapituləsiya verməlidir”.

Ermənistanda Nikol Paşınyana təzyiqlərin olması, hakimiyyəti itirdiyinə gətirib çıxara biləcəyinə sualına, ALDP sədri Fuad Əliyev belə cavablandırdı:

“Bu onların öz daxili problemidir. Hal-hazırda uduzan Paşınyan hakimiyyətidir. Paşınyan hakimiyyəti saxlaya biləcək məsələsi bunu gələcək göstərəcək. Amma Paşınyan hakimiyyətdə qalacaq və yahud Ermənistanda hakimiyyət deyişəcək məsələsi mənim üçün heç maraqlı deyil”.

Azərbaycan müxalifətin müharibə zamanı harda olduğunu sualına cavab verərək, “Azərbaycan müxalifəti Azərbaycan ordunun və Ali Baş Komandanın yanındadır” deyərək qeyd etdi.

0.32087087631226