Səkkiz yaşlı İsmayılın müalicə üçün 150 manata ehtiyacı var: Anası fəryad edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səkkiz yaşlı İsmayılın sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Aynurə Əhmədova məlumat verib.

O bildirib ki, övladı anadangəlmə serebral iflicdən əziyyət çəkir.

“İsmayılın səkkiz yaşı var, anadangəlmə serebral iflicdən əziyyət çəkir. İllərdir gəzmədiyimiz həkim, gəzmədiyimiz klinika qalmayıb. Amma övladımın dərdinə birdəfəlik çarə tapan olmayıb. İsmayıl nə gəzə, nə otura bilir. Hazırda müalicəsini davam etdirmək üçün 150 manata ehtiyacımız var”.

Aynurə Əhmədova bildirib ki, İsmayıl onun tək övladıdır. “Mənim İsmayıldan başqa övladım yoxdur. Ona görə varımı-yoxumu satmışam. İnanın artıq satmağa da heçnəyim qalmayıb. Yoldaşım fəhlə işləyir, özümüz də kirayədə qalırıq, inanın yeməyimizi kirayənin pulunu güclə çatdırırıq. İsmayıl xəstəliyinə görə daim ağrı çəkir, müalicələr dayananda bu ağrı lap artır. Yardımsevər şəxslərdən balama dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 468-21-62

Kart: 5243 7544 4295 2048

0.53407597541809