Əfqanıstanın təhlükəsizlik qüvvələri “Əl-Qaidə” terror qruplaşmasının liderlərindən biri hesab olunan Əbu Muhsin əl-Masrinini zərərsizləşdirib.
“Reuters” bu barədə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə istinadən məlumat yayıb.
Rəsmi Vaşinqtonda hesab edirlər ki, Əbu Muhsin əl-Masrini xarici terror təşkilatına maddi dəstək verirdi.
Terrorçu Əfqanıstanın şərqində Qazni əyalətində xüsusi əməliyyatın gedişatında zərərsizləşdirilib.