Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə (ŞBPİ) qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd hərəkətlər etməsi ilə bağlı müraciət edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Xeber-ps.com-a bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Rəşad Quliyev müəyyən olunaraq saxlanılıb.
Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.