Bakıda tikinti şirkətinin rəhbərinin maşını oğurlanıb.
Avtomobilin və içərisində olan 140 min manat məbləğində pulun oğurlanmasından şikayət edən rəhbər Xeber-ps.com-ın redaksiyasına müraciət edib.
Şikayətçi Tofiq Aslanov Xeber-ps.com-a başına gələn hadisə barədə danışıb:
“İki gün öncə Yasamal rayonu, Zahid Xəlilov küçəsində maşınımı boş sahədə park etdim. Günorta saatlarında 90-NX-100 dövlət nömrə nişanlı “Mercedes-Benz S-Class” markalı avtomobilim içərisində 140 min manat pulla birlikdə oğurlanıb. İçərisində şəxsi əşyalarım da olub.
Şübhələndiyim şəxs yoxdur. İki gündür maşınımdan xəbər yoxdur. Quruma müraciət etdim. Lakin geridönüş olmayıb. Əvəzində maşında o qədər pulu niyə saxladığımı sual edirlər. Maşınım hələ də tapılmayıb”.
Nəzrin Vahid