Lerikdə dördotaqlı ev külə döndü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerikdə dördotaqlı ev yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Lerik rayonunun Günəşli kəndində ümumi sahəsi 170 kvadratmetr olan kürsülü, birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0.081744909286499