Leykozdan əziyyət çəkən Turanın anası: “Sizə yalvarıram, bu çətin yolda bizi tək buraxmayın” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeddi yaşlı Turanın dəstəyə ehtiyacı var.

Bu barədə Xeber-ps.com-a onun anası Nərmin Bağırova məlumat verib.

O bildirib ki, övladı leykozdan əziyyət çəkir.

“Turanın yeddi yaşı var. Onun bir yaşı olanda onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Xəstəliyini bildiyimiz ilk gündən gəzmədiyimiz xəstəxana, yanına getmədiyimiz həkim qalmadı. Müalicələrə başladıq. İnanın, ən bahalı dərmanları belə borc-xərc tapıb aldıq balamız üçün. Bu 6 ildə nə bir xeyir işə getmişik, nə bir əlavə şeyə pul xərcləmişik. Nəyimiz var, nəyimiz yox, hamısını Turanın müalicəsi üçün xərcləmişik. Yoldaşım özü sürücü işləyir, inanın, aylıq 700-800 manat ancaq qazana bilir. Hazırda Turanın müalicəsinin bu mərhələsi üçün 4 000 manata  ehtiyacımız var. Bu onun 3 aylıq müalicəsini qarşılayacaq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm, mən balamı itirməkdən qorxuram. Sizə yalvarıram, bu çətin yolda bizi tək buraxmayın”.

Ailə ilə əlaqə: (055) 301-65-04.

Bank Respublika: 5235 2222 3567 3759.

0.087356090545654